top of page

Kurs haqında məlumat

Reklam işi dərsləri

Kurs haqqında məlumat:

● Kursun müddəti 3 aydır.

● Dərslər həftədə 1 dəfə ən azı 2 saat olmaqla keçirilir.

● Kursun məzunu olan tələbələrə kursu bitirmək haqqında diplom verilir.

● Aylıq ödəniş 100 azn.

● Dərslərin keyfiyyətinə zəmanət verilir.

● Yüksək nəticə əldə edən tələbələrin sonda işlə təmin olunmasına yardım göstəriləcəkdir və digər təşkilatların müvafiq vakansiyalarına tövsiyə olunacaqdır.

● Dərslər H.Əliyev mərkəzində və Carnaval Hoteldə keçiriləcəkdir.

 

Kursun proqramı:

1.      Reklam nədir? Nə vaxt və necə yaranıb? Nə işə yarayır? Məqsəd və vəzifələri nədir?

2.      Reklam və Marketinq Kommunikasiya Sisteminin digər elementləri. Əsas fərqlər və qarşılıqlı əlaqə

3.      Reklamın növləri. Reklamın əsas yayım vasitələri və onların seçimi meyarları.

4.      Reklam strategiyasının hazırlanması. Reklam strategiyasını kommunikasiya strategiyasında yeri.

5.      Reklam kampaniyaları. Onların işlənib hazırlanması və idarə edilməsi

6.      Reklam müraciətlərinin hazırlanması prosesi

7.      Reklamın uğurunda vacib məqam - reklam büdcələrinin hazırlanması və idarə edilməsi

8.      Reklam agentlikləri. Yaranma tarixi və təsnifatı

9.      Reklam agentliyinin seçilməsinin əsas meyarları və reklam brifi

10.   Reklamın səmərəliliyinin ölçülməsi yolları

11.   Azərbaycanın reklam bazarının təşəkkül mərhələləri. Əsas reklam agentlikləri

12.   Azərbaycanda reklam bazarının tənzimlənməsi – dövlət tənzimlənməsi və özünütənzimləmə

Reklam işi

Qiyməti

300 AZN

Müddəti

12 həftə

Sizin müəlliminiz kimdir ?

Namiq Bayramov

Namiq Bayramov UNEC-də Marketinq ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Hazırda LDU-da doktorantdır. 2010-cu ildə İstanbul şəhərində Europen School of Economics-in Beynəlxalq Marketinq Sertifikatını alıb. 2004-cü ildən etibarən distribüsiya və satış sahəsində praktiki fəaliyyətə başlayıb. Daha sonra karyerasını reklam sektorunda davam etdirib. Sektorun seçilən şirkətlərində 7 ilə yaxın təcrübə topladıqdan sonra 2011-ci ildə reklamçı Azər Nəcəfovla birlikdə hazırda ölkənin ən tanınan reklam agentliklərindən biri olan “Yello Advertising”-i qurub. UNEC və LDU-da müəllim vəzifəsində çalışır. SAT Group-da “Marketinq”, “Brendinq”, “Marketinq Strategiyaları”, “Marketinq Kommunikasiyaları” istiqamətləri üzrə təlim və mentorluq fəaliyyəti ilə məşğuldur. Həmçinin KOBİM-in təlimçi-ekspertidir. Bundan başqa müxtəlif şirkətlərə marketinq üzrə biznes konsultasiya xidmətləri də göstərməkdədir. Marketinq sektorunda aktiv fəaliyyət göstərir. Müxtəlif marketinq qruplarında və alyanslarında təmsil olunur. Marketinq Peşəkarları Birliyinin yaradıcılarından biri və İdarə Heyətinin üzvü və sədridir. 2015-ci ildən etibarən marketinq üzrə bloqerlik fəaliyyəti ilə də məşğuldur.

Namiq Bayramov
bottom of page