top of page

"Güclü Qadın" Klubu region xanımlarının iş imkanlarının artırlması, qadınların cəmiyyətdə aktiv şəkildə özünü ifadə etməsinə, sosial və ictimai məsəllərdə fəal iştirakına fokslanmış, qadınlar üçün inkişaf platformasıdır. 

Yaranma tarixi:  8 mart  2022

Klub təsisçiləri: Nigar Cəbizadə, Rəşad Abbaszadə

Klubun sədri: Nigar Cəbizadə

İdarə heyyəti:

2-Qadın-Klubu-(trnsprnt).png

“Güclü Qadın” klubu vasitəsi ilə biz nələr həyata keçirməyi planlayırıq?:

 

⦁ Qadın Resurs Mərkəzi – Müxtəlif sahələrdə ixtisaslaşmış xanımlar üçün informasiya bazası yaratmaq və onların qarşılıqlı bir-biri ilə əlaqələndirmək. Biznes və digər məqsədlərlə əlaqələrini genişləndirmək. Eləcə də dövlət və qeyri dövlət təşkilatlarının elan etdiyi qrant müsabiqələrdə xanımlara layihələrin yazılması və icra edilməsində dəstək göstərilməsi;

⦁ Qadın Müəllimlər vasitəsi ilə ucqar dağ kəndlərində səyyar İnteraktiv Tədrisin Təşviqi – Peşəkar və uğurlu müəllimlər və yeni məzun müəllimlər vasitəsi ilə ucqar kənd məktəblərinə səfər edir və yerli müəllimləri innovativ tədris metodları haqqında maarifləndirirlər;

⦁ Təhsil və Karyera Mərkəzi – Dövlət və özəl sektorda olan vakant iş yerləri ilə bağlı ildə bir neçə dəfə  xanımlar üçün iş sərgilərinin keçirilməsi, eləcə də yeniyetmə və gənc üzvlər üçün universitetlər və iş yerləri tapmaqda düzgün istiqamət göstərəcək təlim və seminarların təşkili.

⦁ Qadınların Məşğulluğu - layihənin məqsədi aktiv və həvəsli  bilik və bacarıqlara malik xanımları iş həyatına hazırlamaq, onlara əmək bazarının real və tələb olunan sahələri göstərmək, öz bizneslərinə başlayıb bizneslərini brend kimi təqdim etmək imkanı yaratmaqdır.

⦁ “Güclü Qadın Ol” - xanımları ruhlandırmaq və mentor və rol model kimi xidmət etməklə onların özünüifadə və təqdimetmə, cəmiyyətdə bir fərd olaraq bacarıqlı fərd olaraq tanıtımına kömək etmək məqsədi daşıyır. Burada nümünəvi işlər məhz üzv xanımların öz yaşadıqlarıdır.

 

⦁ “Peşəkar Məsləhəti” Seriyası – Seriya adətən ayda bir dəfə öz sahələrində təcrübəli peşəkarlar tərəfindən həyata keçirilən səmimi söhbət və seminarlardan ibarət olacaqdır..

bottom of page