top of page

HAQQIMIZDA

QURULMASI

"Maximum Education Consulting" 2017-ci ilin mart
ayında Lənkəran şəhərində təhsil və məsləhətçilik
şirkəti kimi yaradılıb. 17 aprel tarixindən isə fəaliyyətə başlayıb.  "Maximum" qurulduğu dönəmdən ictimai və gənclər sektorunda ciddi fəaliyyət və uğurları olan idarə heyəti tərəfindən idarə olunur.

FƏALİYYƏTİ

Təsis edilən "Maximum Education" ilk illərində xarici dillər, magistratura hazırlığı və xaricdə təhsil xidmətləri göstərib. "Maximum Education" fəaliyyətdə olduğu dönəmdə Magistratura, Abituriyent, MİQ, Dövlət Qulluğu hazırlıqları, eləcə də xarici dillər və kompüter hazırlığı, mühasibatlıq, kurrikulum, riyaziyyat, məntiq və fərdi dərslərlə 1000-dən çox tələbəyə xidmət göstərib. İllər ərzində 300-dən çox magistr, 50-yə yaxın abituriyent "Maximum" vasitəsilə ali təhsil ocaqlarına daxil olub. 

Təhsil mərkəzinin yerləşdiyi binada Lənkəranda ilk dəfə
olaraq sosial bir proyekt kimi 500-ə yaxın kitabla
"Maximum Book Cafe" gənclərin və tələbələrin
istifadəsinə verilib.

UĞUR VƏ UĞURSUZLUQLARI

2019-cu ildə 3 ofislə (Bakıda 1, Lənkəranda 2)
fəaliyyətdə olan mərkəzin 80-ə yaxın işçi və müəllim
heyəti olub.
COVID-19 pandemiyası ilə əlaqədar olaraq təhsil
mərkəzi fəaliyyətini bir müddət onlayn davam etdirib və
bəlli qisim fəaliyyətlərin azaldılmasına və ixtisarına
məcbur olub.
Masallı, Astara və Bakıda (Binə qəsəbəsi və Həzi
Aslanov metrosunun yaxınlığında) olan filial
layihələrinin sənədləşmə işləri yekunlaşsa da,
pandemiya səbəbindən yarımçıq qalıb.

SOSİAL FƏALİYYƏTLƏR

- 50-dən çox "Ödənişsiz Conversation"ların təşkili;
- Məktəblərdə 100-dən çox intellektual oyunun təşkili;
- Müxtəlif yaşlar üzrə şahmat turnirlərinin təşkili;
- Ödənişsiz “İntellektual dərslər”in təşkili;
- Skautinqlə bağlı təlimlərin və skautlarla görüşlərin təşkili;
- Ölkə üzrə müxtəlif region və şəhərlərdən qatılan
məktəblilərlə “Summer Camp”ların 2 dəfə təşkili;
- "Xan Lənkəran" skaut dəstəsi ilə birlikdə #Trashtag
təmizlik aksiyaları;
- Lənkəranda ilk "Book Cafe"nin yaradılması;
- Müxtəlif kitab müzakirələrinin təşkili;

- "Maximum Biznes Klub"un “Biznes Plan” dərslərinin
ödənişsiz keçirilməsi;
- 10-dan çox iqtisadi mövzuda seminarlar;
- Xaricdə təhsilə aid və “ABŞ-da pulsuz təhsil” adlı silsiləseminarların təşkili;
- Sosial və məişət mövzularında Azərbaycanda Gender əsaslı Zorakılıqla Mübarizə / Gender bərabərliyi, qadın hüquqları və məişət zorakılıqları / Yaxşı idarəetmə, ictimai iştirakçılıq və müxtəlif mövzularda təlimlər;
- "Səyyar müəllim" layihəsi
- İmkansız ailələrin övladları üçün ödənişsiz dərslər;

- Tələbə və şagirdlərimizlə futbol matçlarının təşkili;
- Kimsəsiz uşaqlar üçün Novruz Bayramı və Yeni il
şənliklərinin təşkili;
- Bundan əlavə 2019-cu ildə İstanbul Aydın Universitetinin Cənub bölgəsi üzrə rəsmi tərəfdaşı seçilmişik;
- İdarə heyətindən və hazırladığımız tələbələrdən ibarət
komanda ilə müxtəlif respublika səviyyəsində intellektual oyunların mükafatçısı və qalibi olmuşuq.

- Lənkəran Şəhər Heydər Əliyev Mərkəzi, Lənkəran Şəhər Təhsil Şöbəsi, Lənkəran Şəhər Gənclər və İdman İdarəsi, BMT-nin Əhali Fondu, Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Regional Turizm İdarəsi, Lənkəran Destinasiya Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyi və MAGİA İctimai Birliyi, o cümlədən ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən ictima  birliklər, təşkilatlar, müəssisələrlə birgə tərəfdaşlıq nəticəsində maarifləndirici tədbirlər və təlimlər həyata keçirmişik;

LAYİHƏLƏRİMİZ

Pink & Blue Futuristic Gamers TikTok Profile Picture adlı dizaynın surəti adlı dizaynın su
Pink & Blue Futuristic Gamers TikTok Profile Picture adlı dizaynın surəti adlı dizaynın su
Pink & Blue Futuristic Gamers TikTok Profile Picture adlı dizaynın surəti adlı dizaynın su
Pink & Blue Futuristic Gamers TikTok Profile Picture adlı dizaynın surəti adlı dizaynın su
bottom of page