top of page

Kurs haqında məlumat

Kurs haqqında məlumat:

● Kursun müddəti 3 aydır.

● Dərslər həftədə 2 dəfə ən azı 1 saat olmaqla keçirilir.

● Kursun məzunu olan tələbələrə kursu bitirmək haqqında diplom verilir.

● Aylıq ödəniş 50 azn.

● İlk dərs ödənişsizdir.

● Dərslərin keyfiyyətinə zəmanət verilir.

● Yüksək nəticə əldə edən tələbələrin sonda işlə təmin olunmasına yardım göstəriləcəkdir və digər təşkilatların müvafiq vakansiyalarına tövsiyə olunacaqdır.

● Dərslər H.Əliyev mərkəzində və Carnaval Hoteldə keçiriləcəkdir.

 

Kursun proqramı:

Giriş hissə

1.   Korporasiya elminə giriş: korporativ idarəetmə sistemi.

2.   Korporativ maliyyəyə giriş: maliyyə şöbəsinin vəzifələri və təşkilatların maliyyə əməliyyatları.

3.   Maliyyə uçotu və maliyyə hesabatlarının əsasları.

Əsas hissə

1. Maliyyə analizinin metodikası.

2. Maliyyə hesabatlarının ümumi analizi

3. Daxili maliyyə analizi:

▪️marketinq analizi

▪️satış analizi

▪️insan resursları (HR) analizi

▪️əsas kapitalın (fondların) analizi

▪️dövriyyə kapitalının (fondlarının) analizi

▪️istehsal xərclərinin (maya dəyərinin) analizi

▪️direkt-kostinq sistemində rentabelliyin (mənfəətliliyin) və xərclərin analizi

▪️ödəmə qabiliyyətinin analizi

▪️korporasiyaların maliyyə vəziyyətinin analizi

▪️risklərin analizi

▪️maliyyə sabitliyinin analizi

▪️maliyyə nəticələrinin analizi

4.     Xarici maliyyə analizi:

▪️makroiqtisadi durumun analizi

▪️iqtisadi və maliyyə böhranının analizi və proqnozlaşdırılması

▪️korporasiyanın maliyyələşməsinin analizi

▪️korporasiyanın bazar dəyərinin analizi

▪️maliyyə bazarlarının ümumi analizi

▪️foreks və valyuta bazarlarının analizi

▪️fond birjalarının analizi

▪️qiymətli kağızların analizi

▪️qiymətli metalların analizi

▪️investisiyaların, pulun zaman dəyərinin və biznes layihələrinin analizi

▪️maliyyə planlaması və büdcənin tərtibi

Maliyyə analizi

Qiyməti

150 AZN

Müddəti

8 həftə

Sizin müəlliminiz kimdir ?

Həsən Rəhimli

Həsən Rəhimli UNEC-i fərqlənmə diplomu ilə bitirmiş və hazırda LDU-da iqtisadiyyat üzrə fəlsəfə doktorluğu proqramında doktorantura təhsili alır. İqtisadiyyat, fəlsəfə və psixologiya üzrə əlavə təhsil almışdır. O cümlədən, ABŞ-ın Duke Universitetinin davranış maliyyəsi, İllinois Universitetinin mikroiqtisadiyyat, Kaliforniya Universitetinin makroiqtisadiyyat, Beynəlxalq Valyuta Fondunun makroiqtisadi analiz və makroiqtisadi siyasət üzrə tam distant kursunu bitirmişdir. Bu günə qədər və hal-hazırda bir neçə universitetdə (Lənkəran Dövlət Universiteti, Xəzər Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası) müəllim vəzifəsində çalışır. 2017-ci ildən iqtisadi, fəlsəfi və psixoloji mövzular üzrə peşəkar təlimçilik fəaliyyəti ilə məşğuldur. İqtisadiyyat Nazirliyi KOB İnkişaf Mərkəzinin “iqtisadi analiz üzrə eksperti”dir. Həmçinin “İqtisadi Təhlil İnstitutu”nun həmtəsisçisi və sədr müavinidir.

Həsən Rəhimli
bottom of page