top of page

Kurs haqında məlumat

Kurs haqqında məlumat:

● Kursun müddəti 3 aydır.

● Dərslər həftədə 2 dəfə ən azı 1 saat olmaqla qarşılıqlı müzakirələr şəraitində keçirilir.

● Kursun məzunu olan tələbələrə kursu bitirmək haqqında diplom verilir.

● Aylıq ödəniş 50 azn.

● İlk dərs ödənişsizdir.

● Dərslərin keyfiyyətinə zəmanət verilir.

● Dərslər H.Əliyev mərkəzində və Carnaval Hoteldə keçiriləcəkdir.

 

Kursun proqramı:

·       Fəlsəfəyə giriş: fəlsəfi nədir?

·       Fəlsəfə tarixi: antik dövr, premodernizm, renessans, modernizm və postmodernizm.

·       Varlıq fəlsəfəsi (ontologiya)

·       Bilik fəlsəfəsi (epistemologiya)

·       Məntiq və tənqidi düşüncə (critical thinking)

·       Elm fəlsəfəsi

·       Təbiət fəlsəfəsi

·       Zehin (şüur) fəlsəfəsi

·       İnsan fəlsəfəsi (antropologiya) və psixologiyanın əsasları

·       Cəmiyyət fəlsəfəsi (sosial fəlsəfə) və sosiologiyanın əsasları

·       Siyasi fəlsəfə

·       İqtisadi fəlsəfə

·       Dil və analitik fəlsəfəsi

·       Dəyərlər fəlsəfəsi (aksiologiya)

·       Əxlaq fəlsəfəsi (etika)

·       Ədalət fəlsəfəsi

·       Gözəllik fəlsəfəsi (estetika)

·       Din fəlsəfəsi

·       Texnologiyanın fəlsəfəsi

·       Tarix fəlsəfəsi

·       Mədəniyyət və sivilizasiyanın fəlsəfəsi

·       Əlavə dərslər: fəlsəfə üzrə özünü inkişaf üçün müstəqil oxumalar barədə tövsiyələr.


Qeyd: Kursun tədrisi Təhsil Nazirliyinin ali məktəblərin magistratura və doktorantura pilləsi üçün təsdiq etdiyi proqrama əsaslanır.

Fəlsəfə dərsləri

Qiyməti

150 AZN

Müddəti

12 həftə

Sizin müəlliminiz kimdir ?

Həsən Rəhimli

Həsən Rəhimli UNEC-i fərqlənmə diplomu ilə bitirmiş və hazırda LDU-da iqtisadiyyat üzrə fəlsəfə doktorluğu proqramında doktorantura təhsili alır. İqtisadiyyat, fəlsəfə və psixologiya üzrə əlavə təhsil almışdır. O cümlədən, ABŞ-ın Duke Universitetinin davranış maliyyəsi, İllinois Universitetinin mikroiqtisadiyyat, Kaliforniya Universitetinin makroiqtisadiyyat, Beynəlxalq Valyuta Fondunun makroiqtisadi analiz və makroiqtisadi siyasət üzrə tam distant kursunu bitirmişdir. Bu günə qədər və hal-hazırda bir neçə universitetdə (Lənkəran Dövlət Universiteti, Xəzər Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası) müəllim vəzifəsində çalışır. 2017-ci ildən iqtisadi, fəlsəfi və psixoloji mövzular üzrə peşəkar təlimçilik fəaliyyəti ilə məşğuldur. İqtisadiyyat Nazirliyi KOB İnkişaf Mərkəzinin “iqtisadi analiz üzrə eksperti”dir. Həmçinin “İqtisadi Təhlil İnstitutu”nun həmtəsisçisi və sədr müavinidir.

Həsən Rəhimli
bottom of page