top of page

Kurs haqında məlumat

Kurs haqqında məlumat:

● Kursun müddəti 3 aydır.

● Dərslər həftədə 5 dəfə ən azı 4 saat olmaqla restoran şəraitində keçirilir.

● Kursun məzunu olan tələbələrə kursu bitirmək haqqında diplom verilir.

● Aylıq ödəniş 100 azn.

● İlk dərs ödənişsizdir.

● Dərs saatı yemək saatı ilə üst-üstə düşdüyü müddətdə hər bir tələbə pulsuz yeməklə təmin olunacaqdır.

● Dərslərin keyfiyyətinə zəmanət verilir.

● Yüksək nəticə əldə edən tələbələrin sonda işlə təmin olunmasına yardım göstəriləcəkdir və digər təşkilatların müvafiq vakansiyalarına tövsiyə olunacaqdır.

● Dərslər birbaşa təcrübi şəkildə Carnaval Hoteldə keçiriləcəkdir.

Aşpazlıq dərsləri

Qiyməti

300 AZN

Müddəti

12 həftə

Sizin müəlliminiz kimdir ?

Chef Nüsrət Səlimov

Kimdir Chef Nüsrət Səlimov ❓
2010-cu ildən aşpazlıq sahəsində peşəkar fəaliyyətə başlayan Chef Nüsrət Səlimov Azərbaycanın Fəxri Aşpazı Ustad Şahhüseyn Kərimovdan milli mətbəxin sirlərini öyrənib. Ustaddan öyrəndiklərini digər xarici mətbəx nümunələri ilə sintez edərək yeni improvizələr etmişdir. 10 ildən çoxdur ki, Azərbaycan və Rusiyada bir çox hotel və restoranlarda milli yeməklərimizin ənənəvi və modern üslublarda təqdim edilməsini həyata keçirir.

Bu günə qədər nələr edib❓
Chef Nüsrət Səlimov öz imzası ilə 5 restoranda milli mətbəxin qurulması və restoran sisteminin yaradılması təcrübələrinə sahibdir. Milli mətbəxə xas 10-dan çox yeni forma almış xüsusi yeməklərin müəllifidir və bu yeməklər həmin restoranlarda qonaqlara təqdim edilir.
Bunlara misal olaraq Şomu plovunu , Qazmaq Burger kimi, qədim plov çeşidlərindən hazırlanan milli rolları Ləvəngi suşi kimi, Çığırtma plovu Çığırtma Paşot kimi göstərmək olar.
YouTube və Instagram-da unudulmaqda olan milli yeməklərimizi həm ənənəvi, həm də müasir formada təqdim edərək dünyaya çatdırmağa çalışır.
Bu ildən etibarən Lənkəran 4 illik UNESCO-nun “Yaradıcı şəhərlər “ siyahısına daxil olub və “Dünya Qastronomiya paytaxtı“ seçilməsində Chefin də öz məxsusi xidmətləri olmuşdur.

Chef Nüsrət Səlimov
bottom of page